ice berg

ice berg Programlar 12-04-2025, 07:00

"Facebook"da da yeniyetmələr üçün xüsusi hesablar sistemi olacaq

"Facebook"da da yeniyetmələr üçün xüsusi hesablar sistemi olacaq

"Instagram"da artıq tətbiq olunan bu sistem indi "Facebook" və "Messenger" platformalarında da istifadəyə veriləcək.

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, "Meta" şirkəti daha əvvəl "Instagram" üçün nəzərdə tutulmuş yeniyetmələrə xüsusi hesablar sistemini "Facebook" və "Messenger"ə də tətbiq edəcəyini açıqlayıb. İlk olaraq bu funksiya ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya istifadəçilərinə təqdim olunacaq. Daha sonra isə digər regionlarda da istifadəyə veriləcək.

 

"Meta"dan bildirilir ki, bu təşəbbüs valideynlərin həyatını asanlaşdırmaq və onların övladlarının təhlükəsizliyinə daha çox əmin olmalarını təmin etmək məqsədi daşıyır. "Instagram"da bu sistem artıq müvəffəqiyyətlə tətbiq olunub və 16 yaşdan kiçik istifadəçilər üçün yeniyetmə hesabları məcburi hala gətirilib.


"Facebook" üçün əsas xüsusiyyətlər

 

Profil avtomatik olaraq qapalı (private) rejimdə yaradılır. Axtarış imkanları məhdudlaşdırılır. Uyğunsuz tövsiyələr və gecə saatlarında bildirişlər deaktiv edilir. Yeniyetmələr üçün vizual görünüş, pəhrizlər, böyüklərə aid mövzular və zorakılıqla bağlı məzmunların sayı azaldılır. Bu məhdudiyyətlərin dəyişdirilməsi yalnız valideyn icazəsi ilə mümkündür

 

Messenger üçün yeniliklər

 

Yeniyetmələrə naməlum şəxslər mesaj yaza bilməyəcək. Yalnız qarşılıqlı izləmə və ya təsdiqlənmiş tanışlıq olduqda mesaj göndərmək mümkündür. Tətbiqdən istifadə müddəti barədə xatırlatmalar və vaxt nəzarəti funksiyaları aktivləşdirilir. "Meta"nın sifarişi ilə Ipsos tədqiqat şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən. Valideynlərin 94 faizi yeniyetmə hesablarını faydalı hesab edir. 85 faizi bu sistemin uşaqlara proqramda daha yaxşı istiqamət tapmağa kömək etdiyini düşünür. 90 faizdən çoxu təhlükəsizlik funksiyalarının hər birini dəstəkləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 220 275 244 249 255

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.