HASANLY

HASANLY Xəbərlər 12-04-2025, 13:48

Paşinyana alma atan şəxsin aqibəti bəlli oldu

Paşinyana alma atan şəxsin aqibəti bəlli oldu

İrəvan məhkəməsi cümə günü keçirilən iclasda baş nazir Nikol Paşinyana pəncərədən alma atan 72 yaşlı şəxsə bəraət verib.

Loading.Az "Sputnik"ə istinadən xəbər verir ki, hadisə ötən ilin avqust ayında İrəvanda baş verib.

Albert Arstamyanın əleyhinə "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Lakin məhkəmə qərarında yaşlı şəxsin hərəkətlərində cinayət tərkibi tapmayıb.

Jurnalistlərlə söhbətində kişi bəraət qərarının onun üçün gözlənilməz olduğunu etiraf edib. O, həmçinin bununla Paşinyanın siyasətinə etirazını ifadə etdiyini və peşman olmadığını qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 214 230 205 196 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.