Ganbarofh

Ganbarofh Xəbərlər 11-09-2017, 17:01

Əhaliyə gözlənilməz şad xəbər - Hər kəsin qəfil...

Əhaliyə gözlənilməz şad xəbər - Hər kəsin qəfil...

ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.

Bu proqnozla Almaniyanın nüfuzlu "Deutsche Bank"ı çıxış edib.

Qeyd edək ki, hazırda ABŞ-da uçot dərəcəsi 1,25%-ə bərabərdir. 2008-ci ilin dekabr ayında başlayan monetar ekspansiya proqramı isə 4 mərhələ şəklində davam edib və 2014-cü ilin fevralında tamamlanıb. Nəticədə FED öz balansında 4,5 trln. dollardan çox istiqraz toplayıb.

"Deutsche Bank"a görə, ABŞ-da resessiya təhlükəsi hazırda son 10 ilin maksimal səviyyəsinə yüksəlib. Bank bildirib ki, ABŞ iqtisadiyyatı hələ "Harvey" və "İrma" qasırğasından əvvəl durğunluq mərhələsinə qədəm qoyub: "İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da resessiya riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir".

Mənbə: report

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 571 499 502 485 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.