AzizA

AzizA Avto Dünya 16-04-2025, 13:00

Nadir idman avtomobili hərraca çıxarıldı

Nadir idman avtomobili hərraca çıxarıldı

"Cars and Bids" hərracında nadir ABŞ istehsalı "Panoz" sportkarı satışa çıxarılıb

Loading.Az xəbər verir ki, onlayn hərrac platforması olan "Cars and Bids" saytında nadir "Panoz AIV Roadster" modeli təqdim olunub. Bu sportkar yüksək performanslı "Ford Mustang SVT Cobra" mühərriki ilə təchiz edilib.

Hərracın başa çatmasına bir gün qalmış avtomobil üçün 24.2 min ABŞ dolları təklif edilib.

"Panoz" markası 1989-cu ildə təsis olunub və "AIV Roadster" onun azsaylı, lakin tanınmış modellərindən biridir. Bu model 1996-1999-cu illər arasında istehsal olunub və ümumilikdə cəmi 176 ədəd buraxılıb. "AIV Roadster" ABŞ-də genişmiqyaslı alüminium konstruksiyaya sahib olan ilk avtomobil hesab olunur.

Avtomobil 4.6 litrlik atmosfer mühərriklə təchiz olunub. Bu mühərrik 309 at gücü hasil edir və əlavə olaraq mexaniki kompressorla gücləndirilib.

Maşının çəkisi cəmi 1 166 kiloqramdır. Güc mexaniki 5 pilləli sürətlər qutusu vasitəsilə arxa oxa ötürülür. Sportkar 100 km/saat sürətə 4.5 saniyədən az müddətdə çatır, maksimal sürəti isə 225 km/saat təşkil edir.

1998-ci ildə istehsal olunan bu avtomobil bu günə qədər yalnız 26 min kilometr məsafə qət edib və tam işlək vəziyyətdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 229 206 223 205 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.