HASANLY

HASANLY Xəbərlər 16-04-2025, 13:25

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.

Loading.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, DSMF-nin keçmiş sədri Himalay Məmişov Prezidentin müvafiq sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 193 198 188 177 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.