Bakıda dəhşətli ailə faciəsi: Qadının başını kəsdilər, ər özünü 14-cü mərtəbədən atdı
Bakıda dəhşətli cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub. Sun.Az
xəbər verir ki, qətli törədən 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov arvadı 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanı öldürdükdən sonra öz canına qəsd edib.
16 aprel, 22:38
Bakıda kişi arvadının başını kəsib. Sun.Az
xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.






