AzizA

AzizA Məsləhətlər 21-04-2025, 08:30

Səhər, yoxsa axşam duş qəbul etməli?

Səhər, yoxsa axşam duş qəbul etməli?

Günün müəyyən vaxtında duş qəbul etmək dərinin sağlamlığına və yuxunun keyfiyyətinə əhəmiyyətli təsir göstərə bilər.

Yalnız səhərlər duş qəbul etmək yataq əşyalarında bakteriyaların yığılmasına səbəb ola bilər ki, bu da dəri səpkiləri və qıcıqlanma riskini artırır.

İtaliyalı həkim Cüzeppe Araqona bildirir ki, axşamlar duş qəbul etmənin bir sıra üstünlükləri var. Belə ki, axşam qəbul edilən duş gün ərzində, xüsusən yay aylarında havada polen və kimyəvi maddələr çox olduqda, bədəndə yığılan allergenləri, çirkləri və tozu təmizləməyə kömək edir.

Amerikalı həkim Ceyson Sinqh də axşam duşunu tövsiyə edir. Bu, melatonin istehsalını stimullaşdırır və bədən temperaturunu tənzimləyir, yuxunun keyfiyyətinə müsbət təsir göstərir.

Quru dərisi olan və ya ekzema kimi dəri xəstəliklərindən əziyyət çəkən insanlar üçün də axşam duşu daha yaxşıdır. Bu, dərini nəmləndirməyə və gecə vaxtı onun sağlamlığını qorumağa kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 182 190 183 203 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.