AzizA

AzizA Avto Dünya 21-04-2025, 12:30

"Tesla" qiymətləri xeyli endirdi

"Tesla" qiymətləri xeyli endirdi

"Tesla" şirkəti satışların son vaxtlar məyusluq yaratmasına görə, "Cybertruck" elektrikli pikapı üçün istehsal planlarını azaldıb.

Bu həm də avtomobil istehsalçısını qiymətdə əhəmiyyətli azalma elan etməyə məcbur edib, cari endirimlərin həcmi təqribən 12 min dollara (21 min manata yaxın - red.) çatıb.

Məlumata görə, 2025-ci ilin birinci rübündə ABŞ-də "Cybertruck" maşınlarının satışları təxminən 6 400 ədəd olub ki, bu da şirkətin hədəflərindən xeyli aşağıdır.

Tələbi stimullaşdırmaq üçün "Tesla" "Cybertruck" modellərinə əhəmiyyətli endirimlər təklif edir. "Foundation Series" versiyası üçün endirim 11 990 dollara çatır.

Bundan əlavə, alıcıları cəlb etmək üçün brend "Supercharger" stansiyalarında 123 kVt/saatlıq akkumulyator üçün ömür boyu pulsuz enerji doldurmağı təklif edə bilər.

"Cybertruck"ın digər versiyaları üçün endirimlər bir qədər azdır və təxminən 10 550 dollara (18 min manata yaxın) çatır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 215 221 218 213 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.