HASANLY

HASANLY İdman 24-04-2025, 11:49

La Liqa: Arda Gülerin qolu "Real Madrid"ə qələbə qazandırdı

La Liqa: Arda Gülerin qolu "Real Madrid"ə qələbə qazandırdı

İspaniya La Liqasının 33-cü turu çərçivəsində son çempion Madrid "Real"ı səfərdə "Xetafe"nin qonağı olub.

Loading.Az xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.

"Kral klubu"nun türkiyəli yarımmüdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb - 0:1.

Minimal hesablı qələbədən sonra paytaxt təmsilçisi lider "Barselona"nın ən yaxın izləyicisi olaraq qalır. Hazırda əzəli rəqibləri cəmi 4 xal ayırır. "Xetafe" isə 39 xalla 12-ci pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 212 215 174 275 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.