Ər-arvad davası faciə ilə nəticələndi – Mingəçevirdə şok olay
Ailə münaqişəsi faciəyə səbəb oldu – Mingəçevirdə kişi ağır xəsarət aldı Sun.Az
xəbər verir ki, Mingəçevir şəhərində, Energetika yaşayış massivində yerləşən evdə ailə münaqişəsi zəminində insident baş verib.
Məlumata görə, mübahisə zamanı qadın ərinin başına boşqabla zərbə endirib. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü İsmayılov Ramin Hacıağa oğlu baş nahiyəsindən ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.






