AzizA

AzizA Programlar 25-04-2025, 11:25

"Yahoo" şirkəti "Google Chrome"u ala bilər

"Yahoo" şirkəti "Google Chrome"u ala bilər

Amerika məhkəməsi antiinhisar işi çərçivəsində "Google" şirkətini "Chrome" brauzerindən imtina etməyə məcbur edərsə, ABŞ-ın "Yahoo" şirkəti bu məhsulu almağa hazırdır.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

“Chrome" bəlkə də internetdə ən mühüm strateji oyunçudur,” – deyə "Yahoo Search" axtarış sisteminin baş meneceri Brayan Provost bildirib.

Onun sözlərinə görə, "Chrome" brauzerinin dəyəri on milyardlarla dollarla ölçülür.

Provost əlavə edib ki, "Yahoo" hazırda öz brauzerini hazırlayır, lakin hazır bir məhsulu satın alma imkanını da nəzərdən keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 233 226 252 228 262

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.