HASANLY

HASANLY Xəbərlər 25-04-2025, 11:49

Fransa polisi şagirdlərə hücum edən 15 yaşlı yeniyetməni dindirə bilmədi

Fransa polisi şagirdlərə hücum edən 15 yaşlı yeniyetməni dindirə bilmədi

Fransanın Nant şəhərində lisey şagirdlərinə hücum edən yeniyetmə psixiatriya klinikasına yerləşdirilib.

Loading.Az-ın verdiyi məlumata görə, bu barədə TF1 telekanalı prokurorluğa istinadən məlumat verib.

Bildirilir ki, 15 yaşlı yeniyetmənin psixi vəziyyəti onun polis nəzarətində saxlanılmasına imkan vermir.

Prokurorluqdan hücumçunun daha sonra dindiriləcəyi vurğulanıb.

Qeyd edək ki, qorxunc hadisə aprelin 24-də baş verib. Bıçaqla silahlanmış 15 yaşlı şagird liseyin müxtəlif mərtəbələrində iki sinfə daxil olaraq şagirdlərə hücum edib. Əvvəlcə o, lisey (yuxarı sinif) şagirdinə bıçaqla hücum edib, sonra bir mərtəbə aşağı düşərək ibtidai sinif şagirdlərinə xəsarət yetirib. Binada lisey, kollec (orta məktəb) və iki ibtidai məktəb yerləşir.

Müəllimlər polis gələnə qədər hücum edəni saxlaya biliblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 204 166 198 145 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.