Afra Saraçoğlu sevgili olduğu iddialarına cavab verdi: "Xəbərdən xəbərim yoxdur"
Yalı Çapkını serialındakı "Seyran" obrazı ilə tamaşaçı sevgisi qazanan Afra Saraçoğlu ilə "Galatasaray"ın baş məşqçisi Okan Buruk arasında sevgili olduqlarına dair şayələr yayılıb. Sun.Az
türk mediasına istinadən xəbər verir ki, haqqında yayılan söz-söhbətə münasibət bildirən aktrisa, xəbərlərin yalan olduğunu açıqlayıb.
Saraçoğlu bildirib: "Çıxan xəbərdən xəbərim yoxdur. Nə uydurursanız, siz jurnalistlər uydurursunuz."
Aktrisanın kəskin sözləri və çıxan xəbərə etirazı gündəm mövzusu olub.






