"Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətn səviyyəsində razılığa gəlinməsini alqışlayırıq" -Kaya Kallas
"Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətn səviyyəsində razılığa gəlinməsini alqışlayırıq". Sun.Az
xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat brifinqində deyib.
"Biz Avropa İttifaqı Azərbaycanın ən böyük səhmdarıyıq. Biz həmçinin mina təmizlənməsində öz töhfəmizi veririk. Prezident İlham Əliyevlə ticarətin və konnektivliyin güclənməsi barədə danışdıq. Əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Hörmətli nazirə də bildirdim ki, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək veririk.Sülh müqaviləsinin mətn səviyyəsində razılığa gəlinməsini alqışlayırıq" ,- deyə o qeyd edib.
Vitse-prezident həmçinin Ukraynaya etdiyi yardıma və COP29- a etdiyi möhtəşəm ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Şəbnəm Lətifi






