ice berg

ice berg Sağlamlıq 26-04-2025, 18:00

Ruhi sağlamlığı ən pis olan nəsil

Ruhi sağlamlığı ən pis olan nəsil

Avstraliyada 27.000-dən çox insanla aparılan geniş miqyaslı araşdırma, hansı dövrdə doğulan fərdlərin psixi sağlamlıq baxımından daha pis vəziyyətdə olduğunu ortaya qoyub. Alimlərin fikrincə, bu fərq daimi tendensiyanın göstəricisidir.

Loading.aZ məlumat verir ki, Sidney Universitetindən Riçard Morrisin rəhbərlik etdiyi araşdırma, 2001-2021-ci illər arasında Avstraliya Milli Sağlamlıq Tədqiqatının məlumatlarını təhlil edib. Nəticələrə görə, depressiya və narahatlıq pozğunluqları 1990-1999-cu illər arasında doğulmuş şəxslərdə daha çox rast gəlinir.

Bu tendensiya təkcə Avstraliyaya aid deyil. Oxşar tədqiqatlar göstərir ki, 1990-1999-cu illər arasında ABŞ və Böyük Britaniya kimi ölkələrdə doğulmuş insanlar narahatlıq və depressiya düşüncələri ilə daha çox mübarizə aparırlar.

Tədqiqatçılar, sosial mediadan istifadə, iqlim böhranı, tənhalığın artması və psixi sağlamlıqla bağlı şüurun artması kimi səbəblərin bu vəziyyətə yol açdığını düşünür.

Araşdırmaya rəhbərlik edən Morris, "1990-cı illərdə doğulan insanların psixi sağlamlığı əvvəlki nəsillərə nisbətən daha pisdir. Üstəlik, yaşla yaxşılaşmır", - deyib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
212 202 172 227 265 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.