AzizA

AzizA Xəbərlər 26-04-2025, 14:30

Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı

Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı

18-i əsrin sonu 19-cu əsrin əvvəllərində Fransanın imperatoru olmuş Napoleon Bonapartın şəxsi qılıncı hərraca çıxarıb.

 Napoleon onu Fransa Respublikasının Birinci Konsulu olarkən Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən sifariş edib. Qılınc hakimiyyətinin sonuna qədər Napoleonda qalıb və Elba adasına sürgün edilməzdən əvvəl taxtdan imtina edən imperator onu marşal Emmanuel de Qruçiyə təhvil verib.

"1815-ci ildən bəri silahlar marşalın nəsilləri tərəfindən saxlanılır və ilk dəfə olaraq açıq hərraca çıxarılacaq", - “Drouot” hərrac evi bildirib.

Hərrac evi bildirib ki, bu, Napoleonun Versal manufakturasından sifariş etdiyi iki eyni qılıncdan biridir. İkincisi, rus generalı qraf Pavel Şuvalova hədiyyə edilib və Sankt-Peterburqdakı Ermitajda saxlanılır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 206 179 207 185 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.