HASANLY

HASANLY İdman 26-04-2025, 13:45

"Real Madrid" İspaniya kubokunun final matçına çıxacaq?

"Real Madrid" İspaniya kubokunun final matçına çıxacaq?

"Real Madrid" aprelin 26-da İspaniya Kubokunun final matçında iştirak edəcək.

Bu barədə Loading.Az "Kral klubu"nun rəsmi saytına istinadla xəbər verir.

Məlumata görə, "Real Madrid" klubla hakimlər arasında yaranmış münaqişəyə rəğmən, "Barselona" ilə oyuna çıxmaq qərarına gəlib:

"Final oyununda iştirakdan imtina imkanını heç vaxt nəzərdən keçirməmişik. Başa düşürük ki, futbol dəyərləri üstün gəlməlidir".

Qeyd edək ki, "Real Madrid"in klub televiziyasını tənqid edən hakimlər kənarlaşdırılmazsa, "Kral klubu"nun İspaniya Kubokunun finalını boykot edə biləcəyi barədə məlumatlar yayılmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 186 183 181 197 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.