AzizA

AzizA Xəbərlər 27-04-2025, 09:00

Bu məhsullar ucuzlaşdı

Bu məhsullar ucuzlaşdı

Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.

Ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma ötən ilin eyni dövrü bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.

Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım olduğunu deyirlər.

Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlər də var.

Kartofun kiloqramı isə 1,5-2 manat arasında dəyişir. Yenisi 4 manatdır. Soğan bazarda 80 qəpik -1 manata, göyərtinin 1 dəsti 10 qəpiyə, bibərin ədədi 30 qəpiyə, kiloqramı isə 2 manata təklif olunur.

Satıcılar deyirlər ki, havalar istiləşdikcə, qiymətlərdə enmə müşahidə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 199 168 149 206 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.