ice berg

ice berg İdman 29-04-2025, 08:44

"Barselona" - "İnter" oyunu təxirə salınır - Fövqəladə vəziyyət

"Barselona" - "İnter" oyunu təxirə salınır - Fövqəladə vəziyyət

İspaniya ərazisində elektrik enerjisinin kəsilməsindən sonra fövqəladə vəziyyət elan edilib.

Loading.aZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama verib. Nazirlik ölkədə fövqəladə vəziyyətin tətbiq edildiyini bildirib. Məlumata görə, böhran hava limanlarının fəaliyyətinə də təsir edib. İspaniyanın müxtəlif yerlərindəki hava limanlarında böyük gecikmələr və ləğvlər müşahidə edilib. Bildirilir ki, böhran Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" və "İnter" komandaları arasında keçiriləcək ilk oyununun təxirə salınmasına səbəb ola bilər. İspaniya mətbuatının məlumatına görə, UEFA "İnter"in "Barselona"ya çata bilməyəcəyi təqdirdə matçın təxirə salınması variantını nəzərdən keçirə bilər. Oyunun təxirə salınacağı təqdirdə, gərgin qarşılaşma cədvəli səbəbindən yeni tarix müəyyən etməyin çox çətin olacağı açıqlanıb. Qeyd edək ki, İspaniya ilə yanaşı Portuqaliyada da elektrik enerjisi böhranı yaşanıb. Böhranın səbəbləri araşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 209 210 171 201 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.