HASANLY

HASANLY Xəbərlər 29-04-2025, 11:37

Kanadada parlament seçkisində səsvermə başa çatıb

Kanadada parlament seçkisində səsvermə başa çatıb

Kanadada növbədənkənar parlament seçkisində səsvermə başa çatıb. Kanada seçki komissiyasının məlumatına görə, son məntəqələr ölkənin Sakit okean sahilində yerli vaxtla bazar ertəsi, saat 19:00-da (Bakı vaxtı ilə bu gün 6:00) bağlanıb.

Loading.Az-ın "CTV News"a istinadən verdiyi məlumata görə, Baş nazir Mark Karninin rəhbərlik etdiyi hakim Kanada Liberal Partiyası parlament seçkisində liderlik edir.

"Mark Karninin rəhbərlik etdiyi liberallar 45-ci federal seçkidə yeni hökumət qurmaq üçün kifayət qədər yer qazanaraq hakimiyyətdə qalıblar", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, səsvermənin yekun nəticələri hələ yekunlaşmadığından, liberalların çoxluq, yoxsa azlıq hökuməti formalaşdıracağı hələ aydın deyil.

Çoxluq hökuməti formalaşdırmaq üçün partiya 172 yer qazanmalıdır.

Seçkidə əsas mübarizə dörd partiya arasında gedir: Liberal Partiya, Mühafizəkar Partiya, Yeni Demokratik Partiya və "Kvebek bloku". Bu dörd partiyadan 172 yerlik çoxluğa şansı yalnız liberallar və mühafizəkarların var.

Son seçkiqabağı sorğulara görə, Liberal Partiya təxminən 42%, mühafizəkarlar isə 39% səs toplaya bilərlər. Çoxluq qazanan partiyanın lideri növbəti baş nazir olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 158 186 149 184 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.