AzizA

AzizA Dəri və saç 29-04-2025, 12:30

Xanımların DİQQƏTİNƏ: Bu pilinqi etsəniz…

Xanımların DİQQƏTİNƏ:  Bu pilinqi etsəniz…

Pilinq dərinin yağ balansını tənzimləyir. Yağlı dəri adətən sızanaqlara və qara nöqtələrə meylli olur. Yağlı bir dəri tipiniz varsa, onu mütəmadi nəzarətdə saxlamalısınız.

Yağlı dərisi olanlar üçün evdə hazırlanan pilinq reseptini təqdim edirik.

Banandan hazırlanan bu pilinq dərini təmizləyir, qidalandırır və sağlam görünüş verir. Banan qabığı ilə həm də dərinizi nəmləndirə bilərsiniz.

Lazım olan məhsullar:

1 yetişmiş banan

4 çay qaşığı qəhvəyi şəkər və ya şəkər pudrası

1 çay qaşığı bal

Hazırlanması:

Bananı doğrayın və əzin. Krem halına gəldikdən sonra bal və şəkər tozunu da əlavə edib yenidən qarışdırın. Hazırladığınız qarışığı dərinizi təmiz yuduqdan sonra çəkin. Bu qarışığı üzünüzdə 10 dəqiqə saxlaya bilərsiniz. Üzünüzü yuduqdan sonra kağız dəsmal ilə qurulayın.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 204 231 237 233 254

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.