weher uwagi

weher uwagi Məşhurlar 29-04-2025, 18:00

Uma Turman - 55

Uma Turman - 55

Amerikalı aktrisa və keçmiş model olan Uma Karuna Turman 29 aprel 1970-ci ildə ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində Kolumbiya Universitetinin prfessoru ailəsində doğulmuşdur. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir. Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir. Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olduğuna və üç il Buddist rahibi kimi yaşadığına görə Uma Buddist dəyərləri ilə böyüyüb. Şimali Hindistanın Uttarakhand ştatındakı Almora şəhərində təxminən iki il vaxt keçirmişdir. Massaçusets ştatının Amherst şəhərində boya-başa çatıb. Umanın 3 doğma qardaşı və 1 ögey bacısı var. On dörd yaşında ikən o, Massaçusetsdə yerləşən hazırlıq məktəbi Northfield Mount Hermon Məktəbində təhsil almağa başladı. İstedad agentlikləri onun çıxışına heyran qalmışdılar. Onlar Umaya bununla peşəkarcasına məşğul olmaq şansı təklif etdilər. Bu heyrətamiz fürsəti düşünərək o, məktəbi atmaq və aktrisalıq karyerasına davam etmək qərarına gəldi. Uma iki dəfə evli olub. İtan Qrin Houkdan olan ikinci evliliyindən amerikalı aktrisa, model və müğənni qızı Maya Rey Turman Houk (08.07.1998) və oğlu Levon Qrin Houk (15.01.2002) dünyaya gəlib. Bir maliyyəçi ilə münasibətlərindən Turmanın uçuncü övladı (15.07.2012) qeyri-qanuni doğuldu. Bu gün səbəbkar aktrisanın 55 illiyidir. "Kill Bill" filmindəki rolunun öhdəsindən mükəmməl gəldiyi və yaddaşlarda möhkəm qaldığı üçün bu aktrisanı xatırlamalı oldum.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
234 225 229 217 229 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.