cabir

cabir Xəbərlər 29-04-2025, 16:30

Həccə icazəsiz gedənlərə cəza - 26 min, 10 il giriş qadağası

Həccə icazəsiz gedənlərə cəza - 26 min, 10 il giriş qadağası

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.      Sun.Az      

türk mediasına istinadən xəbər verir ki, yeni qaydalara görə icazəsiz Həcc ziyarətinə gedənləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağası gözləyir.

Bildirilib ki, 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq.

Onlara 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq.

Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar.

Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

Ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyulacağı bildirilir.

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 217 173 172 171 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.