"Əldə edilmiş razılıqlar perspektivdə Azərbaycan və İran üçün iqtisadi və geosiyasi dividentlər vəd edir" - Politoloq
Ötən gün İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edib. Görüş çərçivəsində o prezident İlham Əliyevlə görüşüb və bir sıra sənədlər imzalanıb.
Politoloq Elşən Manafov Sun.Az
-a bildirib ki, Pezeşkianın Azərbaycana səfəri ciddi əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması baxımından əlamətdar oldu.
İran prezidentinin bu səfəri dövlətlərimiz arasında təhsil,humanitar və mədəniyət sahəsində əməkdaşlığın genişlənməsinə də, ciddi töhfə verəcək;
"İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişaf etdirilməsi,habelə regionun təhlükəsizlik problemlərinə dair tərəflər üçün ciddi əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması baxımından əlamətdar oldu. Tərəflər arasında region ,habelə region ətrafı dövlətlər üçün ciddi əhəmiyyət kəsb edən loqistik layihələrin icrası istiqamətində əldə edilmiş razılıqlar perspektivdə Azərbaycan və İran üçün iqtisadi və geosiyasi dividentlər vəd edir.Söhbət ilk növbədə Şimal-Cənub,Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı tərəflər arasında əldə edilmiş razılıqlardan gedir.Bəlli nəqliyyat dəhlizləri ətrafında layihələrin icrası tranzit imkanlara malik dövlətlərdən getdiyindən,bu dövlətlətlərlə qarşılıqlı maraq doğuran məsələlər ərafında digər ölkələrin əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atacağı bəllidir.Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın Yaxın və Orta Şərq,Mərkəzi Asiya ilə ticari münasibətlərinin də inkişafına töhfə verə biləcəyindən layihə ətrafında Rusiyanın Azərbaycan və İranla münasibətlərdə geosiyasi səciyyə təşkil edəcək əməkdaşlığın güclənəcəyi birmənalıdır.Bu isə regionun gələcək geosiyası durumuna ciddi təsir göstərəcək faktorlardan birinə çevriləcək.
İran prezidentinin bu səfəri dövlətlərimiz arasında təhsil,humanitar və mədəniyət sahəsində əməkdaşlığın genişlənməsinə də, ciddi töhfə verəcək".






