Yeni evlilərə cehizlə bağlı xüsusi təklif! NAZİRLİK QƏRAR QƏBUL ETDİ
Türkiyədə yeni evlənən ailələrin ev əşyalarını daha rahat ala bilməsi üçün yeni qərar qəbul edilib. Sun.Az
türk mediasına istinadən xəbər verir ki, bu barədə nazirlik 16 şirkətlə müqavilə bağladığını açıqlayıb.
Müqaviləyə görə; yeni evlənənlər üçün mebel, ağ əşyalar, ev tekstili və mətbəx əşyalarına xüsusi endirimlər olacaq.
Bu çərçivədə 16 şirkətlə endirim protokolu imzaladıqlarını bildirən Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, "Endirim edən bütün şirkətlərə təşəkkür edirəm" deyə bildirib.






