ice berg

ice berg İdman 29-04-2025, 23:13

"Real"dan gedir: Ançelotti gələcək karyerası ilə bağlı qərar verdi

"Real"dan gedir: Ançelotti gələcək karyerası ilə bağlı qərar verdi

Karlo Ançelottinin "Real"dan ayrılması xəbərini tanınmış insayder Fabrisio Romano öz "Twitter" səhifəsində təsdiqləyib və italiyalı mütəxəssisin transferi ilə bağlı razılığa gəldiyini qeyd edib.

 

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, Ançelottinin yeni müqaviləsinin "Real"la əməkdaşlığı bitdikdən sonra iyun ayında qüvvəyə minəcəyi gözlənilir. Klublararası Beynəlxalq Çempionatda Madrid komandasına başqa bir məşqçi rəhbərlik edəcək.

 

Ançelotti Braziliya millisinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlığına cavabdeh olacaq.


Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə "Real"ın baş məşqçisi olub və 2021-ci ildə komandaya qayıdıb. Bu müddət ərzində o, klubun 15 kubok qazanmasına kömək edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
203 220 200 222 183 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.