HASANLY

HASANLY Xəbərlər 1-05-2025, 14:35

ABŞ iqtisadiyyatı 2022-ci ildən bəri ilk dəfə kiçilib

ABŞ iqtisadiyyatı 2022-ci ildən bəri ilk dəfə kiçilib

ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 2022-ci ildən bəri ilk dəfə azalıb.

Loading.Az RBK-ya istinadla xəbər verir ki, 2025-ci ilin birinci rübündə inflyasiya nəzərə alınmaqla bu göstərici illik hesablamada 0.3 faiz azalıb.

Bu, artımın 3 faiz qeydə alındığı əvvəlki iki il və ÜDM-in 2,4 faiz artdığı 2024-cü ilin dördüncü rübündən kəskin şəkildə fərqlidir.

Analitiklər bunu onunla əlaqələndirirlər ki, ABŞ Prezidenti Donald Tramp miqyaslı idxal rüsumları tətbiq etmək planlarını açıqladıqdan sonra Amerika şirkətləri mümkün qədər çox mal ehtiyatı toplamaq qərarına gəliblər.

Nəticədə, mart ayında ABŞ-nin mallar üzrə ticarət kəsiri rekord həddə çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 160 213 187 197 224

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.