HASANLY

HASANLY Xəbərlər 2-05-2025, 12:20

Zelenski ABŞ ilə imzalanmış sazişin detallarını açıqlayıb

Zelenski ABŞ ilə imzalanmış sazişin detallarını açıqlayıb

"ABŞ ilə investisiya fondunun yaradılmasına dair saziş bərabərhüquqludur və Ukraynaya əhəmiyyətli investisiyalar üçün imkan yaradır".

Loading.Az "İnterfaks-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Saziş mövcuddur, imzalanıb, ratifikasiya üçün Ukrayna Ali Radasına göndəriləcək və biz sazişlə bağlı heç bir yubatmaların olmamasında maraqlıyıq", - deyə o bildirib.

Zelenski hazırlıq prosesində razılaşmanın xeyli dəyişdiyini qeyd edib:

"Saziş Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və hüquqi təcrübənin müasirləşdirilməsi üçün imkan yaradır. Razılaşmada heç bir borc yoxdur, Ukraynaya sərmayə qoyacaq Bərpa Fondu yaradılır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 233 160 197 214 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.