HASANLY

HASANLY İdman 2-05-2025, 13:34

UEFA Konfrans Liqası: "Real Betis" və "Çelsi" qələbə qazandılar

UEFA Konfrans Liqası: "Real Betis" və "Çelsi" qələbə qazandılar

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.

Loading.Az xəbər verir ki, bu mərhələdə "Real Betis" evdə "Fiorentina"nı qəbul edib.

İspanlar 6-cı dəqiqədə Ezzalzuli ilə hesabda önə çıxıblar. 64-cü dəqiqədə Antoni ev sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Ranyeri 73-cü dəqiqədə hesab arasında fərqi minimuma endirib. Görüşdə başqa qol olmayıb və "Real Betis" rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Yarımfinalın digər oyununda "Dyürqarden" "Çelsi" ilə qarşılaşıb.

İsveç təmsilçisi təcrübəli rəqibi qarşısında aciz qalıb - 1:4.

"Çelsi"nin qollarını birinci hissədə Sanço və Madueke vurublar. Cekson isə ikinci hissədə dublla yadda qalıb.

Ev sahiblərindən yeganə qola Muluqeta imza atıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 181 202 180 188 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.