AzizA

AzizA İdman 3-05-2025, 10:30

PSJ "Arsenal"la görüşə ciddi itki ilə çıxacaq

PSJ "Arsenal"la görüşə ciddi itki ilə çıxacaq

PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının yarımfinalının "Arsenal"la ilk oyununda zədələndikdən sonra qrupla məşq etməyib.

Fransalı futbolçu həmin oyunda yeganə qolu vursa da, sonradan zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.

Dembelenin bud nahiyəsində problem var. Lakin o, tibbi müayinədən keçməyib. Komanda yoldaşlarından fərqli olaraq, idman zalında fərdi çalışır. Onun şənbə günü keçiriləcək "Strasburq"la oyunu buraxacağı da gözlənilir.

Demebelenin "Arsenal"la cavab oyununa hazır olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, PSJ London klubunu mayın 7-də Parisdə qəbul edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 196 183 182 218 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.