cabir

cabir Xəbərlər 3-05-2025, 14:30

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib.     Sun.Az         

"Qafqazinfo"ya istinadən xəbər verir ki, Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib.

H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib.

Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.

Tərəflər arasında başqa bir çəkişmə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmağa razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı kürklər və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq.

Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apellyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib.

Qeyd edək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 142 155 125 172 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.