AzizA

AzizA Sağlamlıq 4-05-2025, 13:30

Bu eynəklər görmə probleminə səbəb olur - Mütəxəssislər xəbərdarlıq etdi

Bu eynəklər görmə probleminə səbəb olur - Mütəxəssislər xəbərdarlıq etdi

Günəşli havalarda gözləri qorumaq üçün istifadə olunan gün eynəkləri zərər əvəzinə fayda verməlidir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz və ucuz eynəklər göz sağlamlığınız üçün ciddi təhlükə yarada bilər.

Optometristlərin sözlərinə görə, çox ucuz və UV filtri olmayan eynəklər göz bəbəyinin daha çox genişlənməsinə səbəb olur. Bu zaman ultrabənövşəyi şüalar birbaşa gözün tor qişasına zərər verir. Nəticədə katarakta, retina zədələnməsi və uzunmüddətli görmə problemləri ortaya çıxa bilər.

Oftalmoloqlar gün eynəyi alarkən təkcə görünüşə deyil, məhsulun UV400 filtri və beynəlxalq sertifikatlara sahib olub-olmamasına da diqqət yetirməyi tövsiyə edirlər. Belə eynəklər ultrabənövşəyi şüaların 99-100 faizini bloklayır və gözləri effektiv şəkildə qoruyur.

Xüsusilə dəniz kənarı və dağlıq ərazilərdə ultrabənövşəyi şüaların təsiri daha güclü olur. Belə mühitlərdə keyfiyyətsiz eynəklərdən istifadə riski artır. Bu səbəbdən günəş eynəyi seçərkən yalnız qiymətə deyil, qoruyuculuq səviyyəsinə də önəm vermək vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
249 214 176 230 209 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.