HASANLY

HASANLY İdman 5-05-2025, 13:03

"Mançester Siti" 25 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro təklif edib

"Mançester Siti" 25 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro təklif edib

İngiltərənin "Mançester Siti" klubunun yayda əsas transfer hədəflərindən biri bəlli olub.

Loading.Az "Euro-sport"a istinadən xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"dən Morqan Gibbs-Uaytı heyətə qatmaq niyyətindədirlər.

"Mançester Siti" rəsmiləri təcrübəli yarımmüdafiəçi üçün "Nottingem Forest"ə 50 milyon avro təklif ediblər.

25 yaşlı yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırmaqda problem olmasa da, oyunçu ilə vidalaşmaq istəməyən klub rəsmiləri ilə danışıqlarda çətinliklər var.

Qeyd edək ki, Morqan Gibbs-Uayt cari mövsüm "Nottingem Forest"də 34 oyuna çıxıb, beş qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 225 204 204 188 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.