Xaricdə çəkilən filmlərdən vergi alınacaq
Başda Çin olmaqla, bir çox ölkəyə inanılmaz vergilər tətbiq edən Tramp bu dəfə film sənayesini hədəf alıb. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada Amerikada kino sənayesinin sürətlə öldüyünü qeyd edib.
Tramp, "Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəsinə ölkəmizə gələn bütün xarici istehsallı filmlərə 100 faizlik rüsumların tətbiqi prosesinə dərhal başlamaq üçün icazə vermişəm" deyə bildirib.






