HASANLY

HASANLY İdman 6-05-2025, 11:35

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək "Qarabağ"ın mümkün rəqibləri artdı

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək "Qarabağ"ın mümkün rəqibləri artdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində potensial rəqiblərinin sayı artıb.

Loading.Az xəbər verir ki, Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına daha bir neçə ölkənin çempionu qoşulub.

Belə ki, Qurban Qurbanovun yetirmələri püşk zamanı Malta, Şimali Makedoniya və ya Albaniya çempionatlarının qaliblərinə rəqib ola bilərlər. Sadəcə, həmin ölkələrdə mövsümü hansı komandanın qızıl medalla bitirəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

"Slovan" (Slovakiya)

"Qarabağ" (Azərbaycan)

"Ludoqorets" (Bolqarıstan)

"Malmö" (İsveç)

"Jalgiris" (Litva)

RFŞ (Latviya)

"Linkoln" (Cəbəllüttariq)

"Kuopio" (Finlandiya)

TNS (Uels)

"Drita" (Kosovo)

"Breydablik" (İslandiya)

Sloveniya çempionu

Səpələnməmişlər:

"Levadiya" (Estoniya)

"Dinamo" (Minsk, Belarus)

"Kayrat" (Qazaxıstan)

"Differdanj" (Lüksemburq)

"İberiya" (Gürcüstan)

"Vikinqur" (Farer adaları)

"Şelburn" (İrlandiya)

"Virtus" (San-Marino)

Malta çempionu

Şimali Makedoniya çempionu

Albaniya çempionu

Qeyri-müəyyənlər:

"Linfild" (Şimali İrlandiya)

"Buduçnost" (Monteneqro)

"İnter" (Andorra)

Bosniya və Herseqovina çempionu

Ermənistan çempionu

Rumıniya çempionu

Moldova çempionu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 196 200 228 187 187

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.