cabir

cabir Xəbərlər 6-05-2025, 14:20

Yağıntılar nə vaxtadək davam edəcək?

Yağıntılar nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən       Sun.Az            

-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Qaxda 54 (aylıq normanın 43 %-i), Zaqatalada 48 (aylıq normanın 38 %-i), Balakəndə 45 (aylıq normanın 36%-i), Bakıda və Abşeron yarımadasında 13 (aylıq normanın 66%-i), Gəncədə 12 (aylıq normanın 28 %-i), Gədəbəy, Daşkəsən, Cəlilabad, Lerik, Şəmkir, Yardımlı, Lənkəran, Astara, Ceyrançöl, Neftçala, Şahdağ, Şahbuz, Göygöl, Şəki, Oğuz, Şamaxı, Tərtər, Mingəçevir, Göyçay, Ağstafa, Naxçıvan, Şərur, Kürdəmir, Beyləqan, Biləsuvar, Ordubad və Sabirabadda 3-9 mm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Aran rayonlarında 15, Naxçıvan MR-də 9, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 177 187 157 194 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.