ice berg

ice berg Sağlamlıq 7-05-2025, 14:00

Darçın kimlər üçün zərərlidir? - XƏBƏRDARLIQ

Darçın kimlər üçün zərərlidir? - XƏBƏRDARLIQ

Alimləri apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, darçının tərkibində olan sinnamaldehid bəzi dərmanları orqanizmdən xaric edə bilər, bu isə onların effektivliyini azaldır.

 

Loading.aZın xarici KİV-ə istinadla məlumatına görə, qeyd olunur ki, yeməklərə və içkilərə az miqdarda darçın əlavə edənlər üçün ciddi risk yoxdur. Amma bu ədviyyatın çox miqdarda qəbulu müəyyən problemlərə səbəb ola bilər.

 

“Darçının həddindən artıq istifadəsi reseptlə verilən dərmanların orqanizmdən tez çıxarılmasına və bunun nəticəsində onların təsirinin azalmasına gətirib çıxara bilər".


Alimlər müəyyən ediblər ki, darçının əsas komponenti olan sinnamaldehid, bədəndə bəzi dərmanları parçalaya bilən reseptorları aktivləşdirir. Bu xəbərdarlıq ilk növbədə hipertoniya, şəkərli diabet, artrit, astma, piylənmə, İİV, SPİD, depressiya kimi xroniki xəstəliklərdən əziyyət çəkən və mütəmadi dərman qəbul edən insanlara aiddir.

 

“Ən yaxşı məsləhət – reseptlə verilən dərmanlarla yanaşı darçın kimi əlavələr istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdir”.

 

Bununla yanaşı, araşdırmada bildirilir ki, aşpazlıqda və kosmetik vasitələrin istehsalında istifadə olunan darçın yağı heç bir risk daşımır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 196 196 156 180 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.