ice berg

ice berg Sağlamlıq 10-05-2025, 14:00

Gözdə narahatlıq yaradan giləmeyvələr

Gözdə narahatlıq yaradan giləmeyvələr

EKSPERT RƏYİ

Görmə qabiliyyətinə əslində zərər verə bilən giləmeyvələrin adı açıqlanıb.

Mütəxəssislər supermarketlərdən alınan dondurulmuş giləmeyvələri istehlak etməyi məsləhət görmür. Bu giləmeyvələrdə olan pestisidlər çox vaxt gözün torlu qişasında yığılıb qalır. Aşağı keyfiyyətli dondurulmuş qaragilə xüsusilə təhlükəlidir, çünki düzgün dondurulmadıqda faydalı antosianların 70 faizədək hissəsini itirirlər, deyə ekspertlər bildirir.

Həmçinin giləmeyvəli az yağlı süd məhsulları da tövsiyə edilmir. Yağ olmadıqda (xama, qaymaq) A vitamini giləmeyvələrdən udulmur və bu da gecə korluğuna (toyuq korluğu) səbəb ola bilər, deyə qeyd edilir.

Yüksək şəkər tərkibli giləmeyvələr (üzüm, albalı). Qlükozanın kəskin sıçrayışları gözlərin mikrodamarlarını zədələyir. Onları qədərində yemək məsləhət görülür.

Həkimlər, həmçinin xatırladırlar ki, sağlam giləmeyvələr belə həddindən artıq qəbul edildikdə torlu qişada allergik reaksiyalara səbəb ola bilər. Optimal doza gündə 100-150 qram təşkil edir. Hər hansı bir sağlamlıq problemi yarandıqda isə həkimə müraciət etmək tövsiyə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 206 193 182 162 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.