HASANLY

HASANLY Xəbərlər 10-05-2025, 11:49

Fidan: "Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır"

Fidan: "Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır"

"Azərbaycanın vasitəçilik etdiyi Türkiyə ilə İsrail arasında deeskalasiya prosesi diplomatik üsullardan biridir".

Loading.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan televiziya müsahibəsində bildirib.

Azərbaycanın ev sahibliyi etdiyi deeskalasiya təşəbbüslərinə toxunan Fidan bildirib ki, bu cür diplomatik üsullardan imkanlar daxilində istifadə etmək lazımdır.

Nazir müsahibəsində Türkiyənin regional hadisələrlə bağlı mövqeyini açıqlayıb. İraqdakı proseslərə toxunan Hakan Fidan ölkənin daha stabil bir dövrə girdiyini və Türkiyənin bu prosesi təşviq etdiyini bildirib.

Suriyada yeni administrasiyanın üçüncü ölkələrlə təmaslarını qiymətləndirən türkiyəli nazir bu diplomatik təmasların beynəlxalq ictimaiyyətin yeni Suriyanı tanıması baxımından əhəmiyyətli olduğunu və Türkiyənin də bu prosesi dəstəklədiyini bildirib.

Hakan Fidan, həmçinin indiyə qədər ictimaiyyətlə paylaşmadığı sui-qəsd cəhdi barədə ilk dəfə açıqlama verib. Fidan təxminən 4-5 il əvvəl arsen və civədən ağır zəhərləndiyini və bu səbəbdən bir müddət müalicə aldığını bildirib. Daha əvvəl Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində işləmiş Fidan başda FETÖ olmaqla müxtəlif cinayət təşkilatlarının onu və ailəsini hədəf aldığını vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
263 216 253 250 236 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.