HASANLY

HASANLY Xəbərlər 10-05-2025, 12:08

"Metallica" qrupunun konserti zəlzələyə səbəb oldu

"Metallica" qrupunun konserti zəlzələyə səbəb oldu

ABŞ-nin "Metallica" rok qrupunun Bleksberqdə (Virciniya ştatı, ABŞ) verdiyi konsert zəlzələyə səbəb olub.

Loading.Az xəbər verir ki, bu barədə "Fox" məlumat verib.

"Metallica" yerli futbol stadionunda çıxış edib. "Enter Sandman" mahnısının introsunu ifa edərkən 60 min izləyicisi aktiv şəkildə tullanmağa başlayıb və bu, silkələnməyə səbəb olub.

Bunu "Virginia Tech" seysmoloji rəsədxanası təsdiqləyib. Təkanların pik həddi mahnının başlanğıcı ilə üst-üstə düşüb.

Qeyd olunub ki, yeraltı təkanlar stadiondan təxminən 1.5 kilometr aralıda yerləşən seysmoqraf tərəfindən qeydə alınıb.

Xatırladaq ki, 2024-cü ildə Edinburqda pop ulduz Teylor Sviftin üç konsertində kiçik zəlzələlər qeydə alınmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 267 253 237 288 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.