weher uwagi

weher uwagi Xəbərlər 13-05-2025, 11:02

Mehrab Niftəliyev - 40

Mehrab Niftəliyev - 40

Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985, Qam-qam, Quba rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ailəli idi. Üç övladı yadigar qaldı. Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda", 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sumqayıt və Quba şəhərlərində adına küçələr vardır.

2021-ci ildə Quba şəhəri Texniki Təmayüllü Liseyə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin adı verilmişdir. Yaşasaydı 40 yaşı tamam olacaqdı. Allah Rəhmət Eləsin!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 269 297 304 259 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.