HASANLY

HASANLY Xəbərlər 14-05-2025, 11:30

Zelenski: "Trampın iştirakı Putini görüşə gəlməyə həvəsləndirə bilər"

Zelenski: "Trampın iştirakı Putini görüşə gəlməyə həvəsləndirə bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşün baş tutacağı təqdirdə, tam şəkildə atəşkəs və bütün məhbusların mübadiləsi məsələsini qaldıracaq.

Loading.Az-ın xəbərinə görə, bu barədə Zelenski "Liberation" nəşrinə müsahibəsində danışıb.

"Əgər mən onunla görüşsəm, biz siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün məhbusların dəyişdirilməsi və ya bu kimi şeylər", - deyə o bildirib.

Volodimir Zelenski qeyd edib ki, nə rusiyalılar ukraynalılara güvənəcək, nə də ukraynalılar rusiyalılara, ona görə də tərəflər arasında razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər təminat verə bilər.

O, hər iki tərəfin nəzərə alacağı etibarlı vasitəçiliyə ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, atəşkəs rejiminə nəzarətin qarantı məhz ABŞ ola bilər və hesab edir ki, ABŞ Prezidenti Donald Trampın iştirakı Putini gəlməyə həvəsləndirə bilər.

"Əgər Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək", - deyə Zelenski fikrini dilə gətirib.

Ukrayna prezidenti qeyd edib ki, bu müharibənin nə qədər davam edəcəyini hələlik heç kim bilmir.

"Heç kim bunun nə qədər davam edəcəyini bilmir. Amma 10 il yox. Ukrayna dözməyəcək... Bu, hamı üçün baha başa gəlir və təkcə dostlar üçün deyil, düşmənlər üçün də", - deyə Zelenski bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 252 228 198 244 245

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.