HASANLY

HASANLY İdman 14-05-2025, 12:55

"Qarabağ" futbolçuları İtaliya klubunda təlim keçəcəklər

"Qarabağ" futbolçuları İtaliya klubunda təlim keçəcəklər

"Qarabağ" Futbol Klubunun İtaliyanın köklü klublarından "Udineze" ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir.


Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.


Tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən, müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib:


"Razılaşmaya əsasən, "Qarabağ" Akademiyasının futbolçuları dövri olaraq "Udineze" klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçularımızın Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.


Bu mühüm əməkdaşlığın qurulmasında klubumuzun prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Onun "Udineze" futbol klubuna sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Tahir Gözelin klubumuzun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və "Qarabağ" FK-nın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.


Əməli əməkdaşlığımıza əsas liqalarda olduğu kimi aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyamızın üzvləri İtaliyaya yollanacaq. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 229 195 200 254 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.