cabir

cabir Məşhurlar 14-05-2025, 21:30

"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı

"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı

"Mətanət İsgəndərli ana olaraq çox fədakardır. Onun mahnıları ilə böyümüşəm. Başqa bir ölkəyə köçəndən sonra isə onun mahnılarını kəşf etdim: "Əlvida", "Gecədən sübhədək". Onun hər bir mahnısı mənim üçün başqadır. Mənim anam böyük sənətkardır. Azərbaycanın Mətanət İsgəndərlisi və mahnıları hər zaman yaşayacaq".     Sun.Az         

xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər "Qonaqcanlı" verilişində deyib. türkiyədə yaşayan Ülkər anasının konsertinə görə Bakıya gəlib. O, Antalyadakı həyatından, ailəsindən danışıb:

"Həyat yoldaşım gəlməyib. Övladlarım isə balacadır və evdədirlər. İkinci oğlum olub: Enginhan. Qızımın adı isə Tuanadır. Başqa ölkədə yaşamaq asan deyil, çətindir. Amma deməli, qismət belədir. Anam tez-tez gəlir yanıma. Öyrəşənə qədər çox əziyyət çəkdim. Orada ev xanımıyam, uşaqlarım hələ balacadır".

Qeyd edək ki, M.İsgəndərlinin Kərim adlı oğlu, Ülkər adlı qız övladı var. Ülkər türk vətəndaşı ilə ailəlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 276 285 273 295 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.