cabir

cabir Xəbərlər 15-05-2025, 16:20

"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi

"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi

"Səba" ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.      Sun.Az         -ın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.      

Beləliklə, son aylar ərzində "Səba"nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.

Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.

Məlumat üçün bildirək ki, "Səba"nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.

Bu günlərdə "Səba" iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələ daxil edilib. Bunlar "Səba"nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, "Səba"nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.

​​​​Xatırladaq ki, "Səba" 1997-ci ildə dövlət qeydiyyatına alınıb.

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 304 254 285 245 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.