"Onun yanında şahzadə kimi hiss edirəm" - Sinem Ünsal
Sinem Ünsal sevgilisi Berk Cankatın onu özünü şahzadə kimi hiss etdirdiyini deyib. Sun.Az xəbər verir ki, aktrisa türk mətbuatına danışıb.
"Berk yaxşı biridir. Mənim bütün xüsusiyyətlərimə hörmət edir. Hər qərarımda məni dəstəkləyir. Onun yanında şahzadə kimi hiss edirəm. Onun sayəsində insanlara yox deməyi öyrəndim" ,- deyə o bildirib.






