Münasibətin ömrünü uzatmaq üçün 6 tövsiyə
''Bitdi'' deməyin
Ən kiçik münaqişədə belə ayrılmaqla təhdid etməyin. Sizə qarşı da belə davranış sərgiləməsinə icazə verməyin. Bu münasibətin ciddiliyini itirməsinə səbəb olur.
Ünsiyyət qurun
Hər növ münasibətin başı "ünsiyyət"dir. Ona görə də yoldaşınızla düzgün və doğru ünsiyyət qurmağınız vacibdir.
Özünüzə vaxt ayırın
Həm özünüzə vaxt ayırın, həm qarşınızdakı insanın özünə vaxt ayırmasına icazə verin.
İnanın
Qarşılıqlı inam sistemi yaradın. İnamın olmadığı münasibət iki tərəf üçün də dağıdıcı ola bilər.
Plan və lahiyələr
Birlikdə səyahətə çıxın. Yeni planlar qurun, layihələr həyata keçirin.
Dəyər verin və bunu hiss etdirin
Eqonuzu və qorxunuzu qırağa qoyub ona dəyər verdiyinizi hiss etdirin.







