AzizA

AzizA Məsləhətlər 18-05-2025, 14:30

Soğan doğrayarkən ağlamamaq mümkündür

Soğan doğrayarkən ağlamamaq mümkündür

Soğan doğrayarkən göz yaşlarının qarşısını almaq mümkündürmü? Alimlər bu sualın cavabını tapdıqlarını iddia edirlər.

Loading.Az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər soğanın göz yaşına səbəb olan maddəsini minimuma endirən yeni üsul təqdim ediblər. Araşdırmalara görə, soğanın soyudulması bu problemi xeyli azaldır. Soyuq temperaturda saxlanılan soğan, doğrandıqda daha az uçucu maddə buraxır və nəticədə göz qıcıqlanması zəifləyir.

Eyni zamanda, iti bıçaqla sürətli kəsmək, soğanın hüceyrələrinin daha az zədələnməsinə səbəb olduğu üçün bu da göz yaşının qarşısını alan amillərdəndir.

Alimlər, soğanı kəsməzdən əvvəl bir neçə dəqiqə soyuducuda saxlamağı və mümkün qədər iti bıçaqla doğramağı tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 195 208 157 212 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.