cabir

cabir Xəbərlər 18-05-2025, 16:20

Pensiya və maaşlarla bağlı YENİ TƏKLİF: Bankomatlar olmasa…

Pensiya və maaşlarla bağlı YENİ TƏKLİF: Bankomatlar olmasa…

Rayonlarda bankomatların sayının məhdud olması vətəndaşlar üçün ciddi çətinlik yaradır. Fərqli bankın ATM-indən vəsait çıxarmaq isə əlavə komissiya xərclərinə gətirib çıxarır. Bu vəziyyət xüsusilə maaş və pensiya ilə dolanan şəxslərin narazılığına səbəb olur.

Komissiyaların ləğvi və ya azaldılması mümkündürmü? Bu, bank sektoruna necə təsir edər?       Sun.Az         

z-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, bankomatların sayının az olması bankların gəlir və xərcindən asılıdır:

"Adətən bankomatları müştərinin çox olduğu ərazilərdə yerləşdirirlər. Əsasən, böyük bankların ATM-ləri bölgələrdə fəaliyyət göstərir. Bununla bağlı dəfələrlə təkliflər vermişəm. Məsələn, "Azərpoçt" həm də maliyyə xidmətləri həyata keçirir. Yəni qurumun səlahiyyətləri xüsusilə, kreditlərin verilməsi istiqamətində genişləndirilməlidir. "Azərpoçt" pul qəbul edir, köçürür, amma kredit verə bilmir. Bunu kiçik məbləğlərlə təmin etmək, həm də qurumun gəlirlərini artırar. Lakin belə addım banklar üçün ciddi rəqabət deməkdir".

İqtisadçı bildirib ki, dövlət komissiya tariflərinə müdaxilə edə bilmir və bu, banklar tərəfindən tənzimlənir.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 188 205 227 225 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.