HASANLY

HASANLY Xəbərlər 19-05-2025, 12:00

KİV: Putin Ukraynanın dörd bölgəsinə tam nəzarəti ələ keçirməyi planlaşdırır

KİV: Putin Ukraynanın dörd bölgəsinə tam nəzarəti ələ keçirməyi planlaşdırır

Vladimir Putin əmindir ki, 2025-ci ilin sonuna qədər rus ordusu Kremlin artıq Rusiyanın bir hissəsi elan etdiyi Ukraynanın dörd bölgəsinə tam nəzarəti ələ keçirə biləcək.

Loading.Az xəbər verir ki, bu barədə Rusiya rəhbərliyinə yaxın mənbələrə istinadən nüfuzlu "Bloomberg" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya liderinin bu əminliyi onun ABŞ Prezidenti Donald Trampla mühüm telefon danışığından əvvəl mövqeyinə əhəmiyyətli dərəcədə təsir edir.

Ekspertlər qeyd edirlər ki, indiki vəziyyətdə V.Putin çətin ki, ABŞ tərəfinə ciddi güzəştə getsin.

"Kreml hesab edir ki, onun bu geosiyasi oyunda "əli möhkəmdir" - deyə mənbə Rusiya prezidentinin mövqeyi ilə tanış olan şəxsə istinadən qeyd edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 179 183 153 132 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.